Kitab.az  
Elektron Kitabxana Elektron Kataloq
AZ RU
Elektron Kataloq
Elektron Kitabxana
:: Qeydiyyat
:. Login
:. Parol
Parolu unutmusuz?
:: Yeni daxilolmalar
:: Axtarış
İştirakçı-kitabxanalar
Bakı Dövlət Universiteti
Fransız Dili mərkəzi
Dövlət Neft Akademiyası
Azərbaycan Dillər Universiteti
GN-İT üzrə Kitabxana
İqtisadiyyat üzrə Kitabxana
Tibb Universiteti
Heydər Əliyev Kitabxanası
Gəncliyə Yardım Fondu
Milli Elmlər Akademiyası
Hüquq Resurs Mərkəzi
British Council
Mingəçevir Politexnik İnstitutu
Naxçıvan Dövlət Universiteti
Pedaqoji Universitet.
Texniki Universitet.
Dövlət İqtisad Universiteti
İqtisadi İslahatlar Mərkəzi
Bakı Biznes Universiteti
:.. Kitabxana resursları
Ekson Azərbaycan Əməliyyat Şirkəti MMM
GN İnformasiya Texnologiyaları Təşkilatı Azərbaycan Dövlət İqtisad Universiteti
Gənclər, İdman və Turizm Nazirliyi IREX/IATP Təşkilatı

Xəbərlər

25.12.2009. Milli Kitab Mükafatına 200-dən artıq əsər təqdim olunub Ekspertlər Şurasında kimlərin təmsil olunacağı bəllidir və gizli saxlanılır

25 dekabr 2009-cu il, Bakı: Ədəbiyyat aləmində ciddi maraq doğuran Milli Kitab Mükafatına əsər qəbulunun başa çatmasına bir neçə gün qalıb. Artıq müsabiqəyə 200-dən çox nəsr əsəri daxil olub. Mükafatın təsisçisi Nigar Köçərlinin verdiyi məlumata görə, əsərlərin qəbulu başa çatdıqdan sonra toplanmış bütün materiallar Ekspert Şurasına təqdim olunacaq. Şura artıq formalaşıb və adlar gizli saxlanılır. Nigar Köçərlinin sözlərinə görə, şurada təmsil olunan ekspertlərin 5-i də ədəbiyyat biliciləri, peşəkarlıqları ilə kifayət qədər tanınmış şəxslərdir. Dekabrın 31-dən sonra ekspertlər bütün əsərləri qiymətləndirəcək və yanvarın 26-da 20 ən yaxşı əsər (uzun siyahı) seçilib elan olunacaq. Fevralın 10-da isə 10 ən yaxşı əsər (qısa siyahı) seçilib Münsiflər Heyətinə təqdim olunacaq. Həmin siyahılar kütləvi informasiya vasitələrində dərc olunaraq geniş ictimaiyyətə təqdim ediləcək. Bundan başqa, həmin 10 əsərdən ibarət kitab nəşr olunacaq, dövlət kitabxanalarına və təhsil ocaqlarına paylanılacaq. 1 may 2010-cu ildə isə Münsiflər heyətinin yekun rəyinə əsasən seçilmiş qaliblər mükafatlandırılacaq. Birinci yerin qalibinə 3,000 manat, ikinci yerin qalibinə 2,000 manat və üçüncü yerin qalibinə isə 1,000 manat həcmində mükafat veriləcək. Milli Kitab Mükafatı çərçivəsində “Qarant Sığorta” şirkəti tərəfindən sığorta mövzusunda ən maraqlı kiçik hekayə qalibinə 1,000 manat mükafat və mənzilinin 100,000 manat dəyərində sığortası hədiyyə olunacaq. Gənclər və İdman Nazirliyi isə gənclər arasında ədəbiyyata marağı artırmaq və gənc yazarları dəstəkləmək məqsədilə 1,000 manat dəyərində öz mükafatını təsis edir.

Xatırladaq ki, mükafatın münsiflər heyətində Azərbaycan Respublikasının Yazıçılar Birliyinin katibi və Pen-klubun sədri Çingiz Abdullayev, “Oskar” mükafatı laureatı, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov, Azərbaycan Respublikasının Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, tənqidçi Afaq Məsud, kinorejissor Ramiz Fətəliyev, yazıçı Vagif Səmədoğlu, millət vəkili Rəbiyyət Aslanova, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, aparıcı Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov və “Muğam” radionun rəhbəri Elnur Baimov kimi nüfuzlu insanlar təmsil olunur.

Mükafatın təqdimetmə mərasimində isə dünya şöhrətli yazıçı, Nobel mükafatı laureatı Orxan Pamukun iştirakı gözlənilir.

Главная Новости О Проекте Спонсор  GN  Участники Контакты
Copyright © GN 2002-2004. All rights reserved.