Kitab.az  
Elektron Kitabxana Elektron Kataloq
AZ RU
Elektron Kataloq
Elektron Kitabxana
:: Qeydiyyat
:. Login
:. Parol
Parolu unutmusuz?
:: Yeni daxilolmalar
:: Axtarış
İştirakçı-kitabxanalar
Bakı Dövlət Universiteti
Fransız Dili mərkəzi
Dövlət Neft Akademiyası
Azərbaycan Dillər Universiteti
GN-İT üzrə Kitabxana
İqtisadiyyat üzrə Kitabxana
Tibb Universiteti
Heydər Əliyev Kitabxanası
Gəncliyə Yardım Fondu
Milli Elmlər Akademiyası
Hüquq Resurs Mərkəzi
British Council
Mingəçevir Politexnik İnstitutu
Naxçıvan Dövlət Universiteti
Pedaqoji Universitet.
Texniki Universitet.
Dövlət İqtisad Universiteti
İqtisadi İslahatlar Mərkəzi
Bakı Biznes Universiteti
:.. Kitabxana resursları
Ekson Azərbaycan Əməliyyat Şirkəti MMM
GN İnformasiya Texnologiyaları Təşkilatı Azərbaycan Dövlət İqtisad Universiteti
Gənclər, İdman və Turizm Nazirliyi IREX/IATP Təşkilatı

EksonMobil şirkəti Azərbaycanda

Azərbaycan EksonMobil* şirkətinin Xəzər regionunda genişlənən fəaliyyətində mühüm bir həlqə təşkil edir. Dünyanın aparıcı enerji şirkətlərindən biri kimi, EksonMobil korporasiyası Azərbaycana enerjinin işlənməsi ilə bağlı beynəlxalq təcrübə və maliyyə, texniki, təbiətin mühafizə olunması və idarəetmə biliklərini gətirir.

Iş imkanları

EksonMobil şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda Hasilatın Pay Bölgüsü haqqında beş Sazişdə (HPBS) iştirak edir. EksonMobil şirkəti Naxçıvan və Oğuz bloklarının (hər iki blokda EksonMobil şirkətinin payı 50%-dir) və Zəfər-Məşəl blokunun (EksonMobil şirkətinin iştirak payı 30%-dir) əməliyyatçısıdır. EksonMobil şirkəti digər şirkətlərin əməliyyatçı olduğu daha iki blokda iştirak payına malikdir. Bunlar Araz-Alov-Şərq bloku (EksonMobil şirkətinin iştirak payı 15%-dir) və Azəri-Çıraq-Günəşli yatağıdır (EksonMobil şirkəti orada 8% iştirak payına malikdir).

Kəşfiyyat

EksonMobil şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda təxminən bir milyon akr kontrakt sahəsini əhatə edən Hasilatın Pay Bölgüsü Sazişləri imzalamışdır. Bu bloklarda suyun dərinliyi 30-90 metr arasındadır. Biz Oğuz və Naxçıvan blokları üzrə kontrakt sahələrində ilk iki quyunun qazma işlərini başa çatdırmışıq ki, bunlar da Xəzər hövzəsinin daha yaxşı başa düşülməsində və gələcək qazma işlərinin planlaşdırılmasında bizə kömək edəcəkdir. Naxçıvan blokunda qazılmış birinci quyunun dərinliyi 6746 metrdir və o, Xəzər dənizində ən yüksək göstəricidir. EksonMobil şirkəti dayaz sularda qazma işinin aparılması üçün dünya standartlarına cavab verən "Qurtuluş" özüqalxan qazma qurğusunun tikintisində işrirak etmişdir və başa çatdırılması 2003-cü ildə nəzərdə tutulan və dərin sularda qazma işi aparacaq yeni yarımdalma qazma qurğusunun tikintisi üçün saziş imzalamışdır.

Azəri-Çıraq-Günəşli

Azəri, Çıraq və Günəşli yataqları (Meqastruktur kimi tanınır) 670 milyon ton neft və təxminən 130 milyard kub metr təbii qaz həcmində çıxarıla bilən ehtiyatlarına görə dünyanın ən iri dəniz yataqları sırasına daxildir. 2001-ci ildə "Meqastruktur"da təqribən 6 milyon ton neft hasil edilmişdir. Işlənmə prosesinin ilkin mərhələsində ildə 6,4 milyon ton neft hasil edə bilən yeniləşdirilmiş platformadan istifadə edilir. Konsorsium 2005-ci ilə qədər neft hasilatını artırmaq üçün növbəti platformanı tikir. Yataqlardan 10 il müddətində ildə təxminən 50 milyon metrik ton həcmində ən yüksək hasilat əldə etmək üçün işlənmə prosesinin planlaşdırılması həyata keçirilir.

Ictimai həyatda iştirak

EksonMobil korporasiyası işlədiyi yerlərdə ictimaiyyətə kömək etmək kimi uzunmüddətli bir ənənəyə malikdir. EksonMobil şirkətinin Azərbaycandakı yardımları təhsil, qaçqınlara və məcburi köçkünlərə kömək olunmasına yönəldilmişdir. Biz, həmçinin daha çox lazım olan latın qrafikası əsasında tədris kitablarının nəşrini maliyyələşdiririk. Amerika-Azərbaycan Ticarət Palatası bizim rəhbərliyimizlə Harvard Universitetində Xəzər regionu üzrə tədqiqatlar mərkəzi təsis etmişdir. Bundan başqa, EksonMobil şirkəti Azərbaycanda elmi dairələrin işində fəal surətdə iştirak edir. Biz 1993-cü ildən başlayaraq Azərbaycanın aparıcı texniki institutları ilə iyirmidən çox texniki seminar və birgə tədqiqat layihələri həyata keçirmişik.


* Ekson Mobil korporasiyası dedıkdə Ekson Mobil Korporasiyasının Azərbaycanda fəaliyyət göstərən müvafìq ortaq şirkətləri nəzərdə tutulur.

Главная Новости О Проекте Спонсор  GN  Участники Контакты
Copyright © GN 2002-2004. All rights reserved.